Zarat Yem Fabrikində 12 çeşiddə toyuq yemləri istehsal olunur:

Zarat Yem Fabriki 3 oktyabr 2022-ci ildə Siyəzən rayonun Zarat kəndində istismara verilmişdir.

50 nəfərlik heyətdən ibarət fabrik xarici ən müasir texnoloji avadanlıqlarla təchiz edilmişdir. İllik istehsal həcmi 50000 ton olan Zarat Yem Fabrikində yerli peşəkar mütəxəssislərlə yanaşı Almaniya və Türkiyədən cəlb olunmuş mütəxəssislər respublikamızda becərilən ROSS – 308, Lohmann qəhvəyi, Lohmann ağ, Serebrist quş cinslərinin həmçinin çoxsaylı yerli kənd cücələrinin yaş qrupuna uyğun fizioloji, bioloji qida tələbatlarını tam təhlil edərək yem rasionları tərtib edirlər. Həmin rasionlara əsasən yem və zoobaytar qatqılar xarici ölkələrdən (Braziliya, Argentina, Rusiya, Almaniya, Belçika, Türkiyə) gətirilir.

Xidmət səviyyəsi

Satış sonrası xidmət çərçivəsində Zarat Yem Fabriki MMC-nin yerli və xarici mütəxəssisləri təsərrüfat sahibləri ilə mütəmadi olaraq əlaqə saxlayır, yetişdirmə prosesinə dəstək göstərir, onların problemləri və istəkləri ilə yaxından maraqlanırlar.

Fəaliyyət istiqaməti

Hazırda ölkəmizin əksər bölgələrində fəaliyyət göstərən 100 – dən çox fiziki və hüquqi şəxslə birbaşa əməkdaşlıq həyata keçirilir.

+